
Sənədsiz evə qeydiyyata düşmək olarmı? – Vəkildən vacib AÇIQLAMA
Sənədsiz evlərdə yaşayan vətəndaşların həmin ünvana qeydiyyata düşüb-düşə bilməməsi ilə bağlı suallar son illər tez-tez gündəmə gəlir. Xüsusilə uzun müddət ərzində müəyyən ünvanda yaşayan, lakin evin və ya torpaq sahəsinin sənədləri tam rəsmiləşdirilməyən şəxslər qeydiyyat məsələsində çətinliklərlə üzləşirlər. Bəzi hallarda vətəndaşlar illərdir həmin evdə yaşadıqlarını, kommunal xidmətlərdən istifadə etdiklərini və müxtəlif ödənişlər etdiklərini əsas gətirərək yaşayış yeri üzrə qeydiyyata alınmalarının mümkün olduğunu düşünürlər.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Arzu Alıyeva bildirib ki, yaşayış sahəsində faktiki yaşamaq ilə həmin ünvanda hüquqi əsaslarla qeydiyyatda olmaq eyni məsələ deyil. Vəkilin sözlərinə görə, vətəndaşın hər hansı evdə uzun müddət yaşaması həmin şəxsin avtomatik olaraq həmin ünvanda qeydiyyata alınması üçün kifayət etmir. Qeydiyyat məsələsində yaşayış sahəsindən istifadə və ya həmin sahəyə dair hüququ təsdiq edən müvafiq sənədlərin və hüquqi əsasların olması mühüm əhəmiyyət da
