Sizin reklam burada
Sizin reklam burada
  • Beynəlxalq tədbirdə

    Milli Məclisin deputatı Vüqar Bayramov Qlobal Ticarət və İnnovasiya Siyasəti Alyansının (GTIPA) illik zirvə toplantısında iştirak etmək məqsədilə sentyabrın 8-də Polşanın Varşava şəhərinə səfər edəcək.

    Tədbir çərçivəsində müasir iqtisadiyyatın və beynəlxalq əməkdaşlığın əsas çətinlikləri ətrafında müzakirələr aparılacaq. Deputatımızın tədbirdə “ Azərbaycanda rəqəmsal inkişaf və süni intellekt: Hədəflər və perspektivlər” mövzusunda çıxışı nəzərdə tutulub.

    Səfər sentyabrın 14-də başa çatacaq.


    Milli Məclisin Mətbuat və

    ictimaiyyətlə əlaqələr şöbəsi



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ