Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak etmək üçün Serbiyada işgüzar səfərdədir. Səfər çərçivəsində parlamentin sədri tədbirdə çıxış edib.
Spiker çıxışının əvvəlində bu əlamətdar tədbirlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb. Sonra Milli Məclisin sədri bildirib ki, 65 il əvvəl Qoşulmama Hərəkatı bir sıra dövlətləri müstəqilliyini, suverenliyini və öz gələcəyini müəyyən etmək hüququnu qorumaq kimi ortaq məqsədlər ətrafında birləşdirib. Bu təşkilatın təsis edilməsindən ötən müddətdə beynəlxalq münasibətlər sistemi əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Lakin Hərəkatın əsasını təşkil edən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və bərabərliyinə hörmət, daxili işlərə qarışmamaq, ədalət, dinc yanaşı yaşamaq və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prinsipləri bu gün də beynəlxalq münasibətlər sistemində sabitliyin və ədalətli dünya nizamının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin sədri qeyd edib ki, ötən 65 il ərzində Qoşulmama Hərəkatı üzv dövlətlərin ortaq maraq və məramlarının irəlilədilməsi, habelə qlobal çağırışların həllinə kollektiv töhfə verilməsi üçün mühüm platformaya çevrilib.
Bildirilib ki, Qoşulmama Hərəkatının əsas prinsipləri Azərbaycanın xarici siyasətinin fundamental istiqamətləri ilə tam uzlaşır və bu prinsiplər Azərbaycanın 2019–2024-cü illərdə Hərəkata sədrliyi dövründə də rəhbər tutulub.
Parlamentin sədri bildirib ki, 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə Prezident İlham Əliyev Azərbaycanın Bandunq Prinsiplərinə, beynəlxalq hüquqa və ədalətə sadiqliyini, habelə Hərəkatın birliyinin, həmrəyliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.
Sahibə Qafarova Azərbaycanın sədrliyi dövründə Hərəkatın üzv dövlətləri arasında həmrəylik və əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirildiyini, Qoşulmama Hərəkatının, BMT-nin yüksək səviyyəli görüşlərinin keçirilməsi təşəbbüsünün irəli sürüldüyünü, COVID-19 pandemiyasına və onun nəticələrinə qarşı əlaqələndirilmiş beynəlxalq reaksiyanın formalaşdırılmasına töhfə verildiyini bildirib. Qeyd edilib ki, Azərbaycan 80-dən artıq dövlətə maliyyə və humanitar yardımı göstərib, onları texniki dəstək və təhsil qrantları ilə təmin edib. Spiker eyni zamanda Hərəkatın institusional inkişafına xüsusi diqqət yetirildiyini və onun nəsillər və təsisatlar arasında iştirakını genişləndirdirməyə xüsusi diqqət yetirildiyini bildirib.
O, 2022-ci ildə qərargahı Bakıda yerləşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasını da xüsusi qeyd edib. Bildirilib ki, Təşkilatın fəaliyyətinin genişlənməsi gənclərin Hərəkatın dəyərlərinin və məqsədlərinin təşviqində daha fəal rol oynamasına imkan yaradır.
Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətinə də diqqət çəkib. Qeyd edib ki, 2021-ci ildə yaradılan Parlament Şəbəkəsinin fəaliyyəti ötən dövrdə əhəmiyyətli dərəcədə inkişaf edib, beş konfrans keçirilib, mühüm institusional qərarlar qəbul olunub və Şəbəkənin qərargahının Bakıda yerləşdirilməsi təmin edilib.
Spiker bildirib ki, bu gün Şəbəkə Qoşulmama Hərəkatının üzvü olan 71 ölkənin parlamentini bir araya gətirir. Bu, parlamentlərimizin Bandunq Prinsiplərinin həyata keçirilməsinə töhfə vermək və parlament diplomatiyası vasitəsilə dialoqu, sülhü, ədaləti və davamlı inkişafı təşviq etmək əzmini əks etdirir.
Çıxışına yekun vuran Milli Məclisin sədri Qoşulmama Hərəkatının qarşısında duran əsas vəzifələrin onun birliyinin və həmrəyliyinin qorunması, beynəlxalq səsinin gücləndirilməsi, sülhə, davamlı inkişafa və daha ədalətli, bərabərhüquqlu dünya nizamına töhfəsinin artırılması olduğunu bildirib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş tədbirdə çıxış edib
Siyasət
- 1-09-2026, 17:47
- 4
- Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ
-
22:08
YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı silsilə tədbirlər davam edir
-
22:04
YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı silsilə tədbirlər davam edir
-
21:57
YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı silsilə tədbirlər davam edir
-
21:52
Ölkəmiz qlobal sülhə, dialoqa və əməkdaşlığa töhfə verən nüfuzlu dövlətdir
-
21:32
“Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, dövlətimizin qüdrətinin və tarixi ədalətin təntənəsidir”- Deputat
-
21:27
YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı silsilə tədbirlər davam edir
-
21:24
Mircəlil Qasımlı: “Azərbaycan Konstitusiyası müstəqil dövlətçiliyimizin və xalqımızın suveren iradəsinin hüquqi təminatıdır”
-
21:23
Mircəlil Qasımlı: “Azərbaycan Bayrağı dövlətimizin müstəqilliyinin, milli birliyimizin və tarixi Zəfərimizin rəmzidir”
-
21:18
Azərbaycanın mədəniyyətlərarası dialoq platforması kimi rolu artır
-
20:35
"Şuşanın azadlığı Azərbaycan xalqının milli iradəsinin və Prezident İlham Əliyevin qətiyyətli liderliyinin təntənəsidir" – Mircəlil Qasımlı
-
20:28
UĞURLU TƏYİNAT Penitensiar sistemdə yeni hədəflərə doğru
-
20:17
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
-
18:01
Kijəbə qəsəbəsində YAP-ın VIII Qurultayından irəli gələn məsələlər müzakirə olunub
-
17:31
AMEA-nın prezidenti İsa Həbibbəyli Rumıniya universitetinin rektoru ilə görüşü
-
17:19
YAP Qax rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə görüşlər davam etdirilir
-
17:17
Yeni geosiyasi nizama doğru: Azərbaycan dialoq, inteqrasiya, əməkdaşlıq, sabitlik və sülhü təşviq edir
-
16:52
Ölkəmiz güclü ideoloji təhlükəsizliyi, milli həmrəyliyi və müstəqil xarici siyasəti ilə seçilən dövlətdir
-
16:50
Leyşmaniyoz xəstəliyinin profilaktikası və mübarizə istiqamətlərinin müzakirəsi üçün mühüm platforma
-
16:47
Mədəniyyətlərarası dialoq dövlətlərarası münasibətlərin inkişafına təkan verir
-
16:45
YAP Astara Rayon Təşkilatının sədri Həbib Cəfərov təltif olunub
-
16:43
Mahir Süleymanlı Xaçmazda vətəndaş qəbulu keçirdi
