Zərifə Quliyeva,
“Modern İnkişaf və Ailə “ İctimai Birliyinin sədri,
YAP Veteranlar Şurasının üzvü
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana hazırkı dövlət səfəri tarixi əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və razılaşdırılımış bütün məsələlər də bunu təsdiqləyir. Bütün bunlar ikitərəfli əməkdaşlıq üçün tarixi əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl səfər zamanı yadda qalan əsas məqamı vurğulamaq istərdim. Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirildi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəsinin ali dərəcəli “Dostluq” ordenini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev isə Azərbaycanın ən ali ordenini-“Heydər Əliyev” ordenini Özbəkistanın Prezidentinə təqdim etdi.
Dövlətimizin başçısının Özbəkistana səfəri zamanı yadda qalan tarixi hadisələrdən biri də iki ölkə arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması oldu. Bu müqavilənin imzalanması regionlar, biznes, hökumətlər və parlamentlərarası əlaqələr artıq yüksək səviyyəyə çatdığından xəbər verir. Özbəkistan Prezidenti də mətbuata bəyanatında da qeyd etdi ki, bu, sadəcə bir sənəd deyil, qarşılıqlı əlaqələri, əməkdaşlıq imkanlarını genişləndirmək və ümumi gələcək qurmaq istiqamətində birgə istəyimizin əksidir. Özbəkistan və Azərbaycan arasında əbədi dostluğu hədəfləyən bu müqavilə hər iki ölkə qarşısında hüquqi-siyasi öhdəliklə yanaşı , həm də mənəvi-tarixi məsuliyyət formalaşdırır. Qürurla qeyd etmək istərdim Özbəkistanla Azərbaycanın dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoyması ölkəmizin xarici siyasətində yeni modeldir.
Bu vaxta qədər Azərbaycanla digər ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsini dəstəkləyən sənədlər, müqavilələr imzalanıb. Ancaq digər ölkələrlə münasibətlərində “Əbədi dostluq haqqında Müqavilə” kimi tarixi əhəmiyyət kəsb edən ikinci bir nümunə yoxdur. Azərbaycan bir sıra ölkə ilə strateji müttəfiqlik sənədi imzalayıb. Ancaq Azərbaycan tarixində digər bir dövlətlə münasibətləri məhz “Əbədi dostluq haqqında Müqavilə” ilə rəsmiləşdirmək ənənəsi olmayıb. Özbəkistan Türk dövlətləri içərisində yeganə ölkədir ki, Azərbaycana və azərbaycanlılara müsbət münasibəti ilə həmişə fərqlənib.
Özbəkistan müstəqillik illərində Azərbaycanın hər bir uğuruna, onun davamlı iqtisadi inkişafına və artan beynəlxalq nüfuzuna həmişə səmimi-qəlbdən sevinib. Qardaş ölkə rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasi kursun məqsədyönlülüyünü yüksək dəyərləndirib. Məhz bu kurs sayəsində Azərbaycanın bütövlüyünü bərpa etmək, çoxdan gözlənilən sülhə və sabitliyə nail olmaq mümkün oldu. Bu gün Azərbaycan dünyanın sayılıb-seçilən, inkişaf etmiş qüdrətli dövlələrindən birinə çevrilib. Özbəkistan Prezident də Prezident İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti sayəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Qarabağ torpağıının işğaldan azad edildiyini və bu gün sürətli inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırıdı. Məhz Prezident İlham Əliyevin müdrikliyi sayəsində hazırda Qarabağda sosial infrastruktur fəal şəkildə qurulur, iş yerləri və müəssisələr yaradılır. İnsanların dinc və firavan həyata qayıtması üçün hər şey edilir. Özbəkistan Prezidentinin “Azərbaycan bizim etibarlı müttəfiqimiz, strateji tərəfdaşımız və qardaş dövlətdir” fikrini səsləndirməsi hər bir soydaşımızda qürur hissi yaratdı.
İki ölkə arasında münasibətlərin təməlində vahid sivilizasiya kodu, ümumi tarixi köklər, çoxəsrlik dostluq, sarsılmaz mənəvi dəyərlər, oxşar mədəniyyət və ənənələr dayanır. Məhz bu dərin bağlılı münasibətləri monolit və xarici konyunkturun təsirinə qarşı dayanıqlı edir. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin əsas tədbiri olan Ali Dövlətlərarası Şuranın üçüncü iclasında, çox mühüm qərarlar qəbul edildi, iki ölkə arasında çoxşaxəli münasibətləri bütün spektri ətraflı müzakirə edildi, İlk növbədə, söhbət Azərbaycanla Özbəkistan arasında ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat, mədəniyyət və digər sahələrdən gedir. Siyasi dialoqu gücləndirmək, parlamentlər və hökumətlər, sənaye qurumları və regionlar arasında fəal əlaqələri dəstəkləmək barədə də razılıq əldə olundu. İqtisadiyyat məsələlərinə xüsusi diqqət yetirildi, əmtəə dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmaq imkanlarını müzakirə edildi.
İki ölkə arasında əməkdaşlığın daha bir mühüm istiqaməti nəqliyyat-tranzit sahəsidir. Trans-Xəzər dəhlizinin potensialını birlikdə inkişaf etdirilməsi, logistika infrastrukturunun səmərəliliyini artırılması, daşımaların stimullaşdırılması barədə razılıq əldə eildi. Bunun üçün Xəzər dənizində birgə donanmanın yaradılması üzrə işi fəallaşdıracağıq. Eyni zamanda, xalqlarımız arasında etibarlı dostluq körpüsü rolunu sıx mədəni-humanitar əlaqələrinin oynadığı da qeyd edildi. Prezident İlham Əliyevin Özbəkistan Prezidenti ilə birlikdə Nizami Gəncəvi adına Pedaqoji Universitetin yeni binasını açılışında iştirak etməsi dostluq əlaqələrinin daha sıx tellərlə bağlanmasından xəbər verir.
Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq artıq ikitərəfli gündəlik çərçivəsindən xeyli kənara çıxıb. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulması ilə bağlı tarixi qərar Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid etimad, mehriban qonşuluq və qarşılıqlı bağlılıq məkanının formalaşdırılması istiqamətində mühüm addım oldu. BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər strukturlar çərçivəsində əsas beynəlxalq platformalarda müttəfiqlik dialoqunu gücləndirərək diplomatik fəaliyyət ardıcıl şəkildə əlaqələndirilir. Bu səfər bir daha təsdiqlədi ki, Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələr bundan sonra da yüksək səviyyədə inkişaf edəcək.
