Bununla yanaşı, Ağ Evin bu addımı Azərbaycanın Avrasiya məkanında formalaşdırdığı yeni nəqliyyat-logistika şəbəkələrinə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı strateji addımlarına və regional sabitliyə verdiyi real töhfələrə verilən yüksək qiyməti əks etdirir. Qlobal tədarük zəncirlərinin yenidən qurulduğu müasir dövrdə Azərbaycanın yaratdığı infrastruktur və beynəlxalq iqtisadi əməkdaşlıq imkanları Vaşinqtonun geostrateji hesablamalarında xüsusi çəkiyə malikdir. Xüsusi vurğulamaq lazımdır ki, bu dəvəti sıradan bir beynəlxalq tədbirdə iştirak kimi qiymətləndirmək yanlış olardı. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində getdikcə möhkəmlənən strateji nüfuzunun və artan çəkisinin bilavasitə təsdiqidir.
Uğurlarımız bol olsun!
Sadiq Qurbanov
Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri, millət vəkili
