Sizin reklam burada
Sizin reklam burada
  • Alxanlı kəndinin bu günki vəziyyəti

    Məlumdur olduğu kimi, Alxanlı kəndi 1994-cü ildə Horadiz əməliyyat zamanı erməni işğalçılarından azad edilmişdir.
    Lakin kəndin Axundlu deyilən baş hissəsi neytral zonada qalmışdır. Bütün işğalda olmayan Fizuli rayon kəndlərində torpaq islahatı aparılmışdır.
    Lakin Alxanlı kəndinin yuxarı obası işğaldan azad edilmədiyinə görə Alxanlı kəndində torpaq islahatı aparmaq mümkün olmamışdır.
    İslahatın aparılmamasını bəhanə edən Fizuli rayon icra hakimiyyəti demək olar ki, həmin kəndin torpaqlarına nəzarəti əldən buraxmışdı. Ona görə də kim daha fərasətlidi, o daha çox torpaq zəbt etmişdi. Bu məsələ kənd sakinləri arasında narazılıq yaratmışdır. Hətta vaxtilə başqa kəndlərdən olan məcburi köçkünlər Alxanlı kəndində məskunlaşmışdılar.
    İndi həmin məcburi köçkünlər, yəni digər kəndlərdən olan köçkünlər başqa yerdə məskunlaşmaqlarına baxmayaraq, Alxanlı torpaqlarını yenə də əkib becərirlər.
    Kənd bələdiyyəsi və icra nümayəndəsi onlara bir söz deyən zaman, onlar çığır-bağır salıb, rayon inzibati orqanlarına şikayət edirlər.
    Misal üçün Alxanlı kənd sakini Nəsirov Kənan İntizam oğluna 012 hektar yaşayış üçün torpaq sahəsi ayırmışdılar.
    Buna baxmayaraq Nəsirov Kənan həmin torpaq sahəsindən istifadə edə bilmir.
    Çünki həmin vətəndaşlar ona mane olur, öz həyatyani sahəsini hasarlamaq üçün icazə vermirlər.
    Ümumiyyətlə, bu gün Alxanlı kəndində nələr baş verir, ondan fələk də baş açmır.
    Yəgin ki, əlaqədar təşkilatlar bu kənddə bir nizam-intizam yaradacaqlar.

    Qiyam Ərşadoğlu.
    "Atribut"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ