Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili Tərtərdə vətəndaşları qəbul etdi

    Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Bəyimsarov kəndində yerli sakinlərlə görüşərək onların müraciət və təkliflərini dinləyib.

    Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, eləcə də rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

    Qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan müraciətlər əsasən kənddaxili yolların təmiri və bərpası, elektrik təsərrüfatının və işıqlandırma sisteminin yenilənməsi, torpaq sahələri ilə bağlı mövcud məsələlər, su təchizatı və suvarma problemləri, həmçinin digər sosial-məişət məsələləri olub.

    Görüşdə qaldırılan ümumi xarakterli problemlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib, araşdırılması tələb olunan müraciətlər isə nəzarətə götürülüb.

    Sonda sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirib, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ