Sizin reklam burada
Sizin reklam burada
  • “Fənərbağça” Lukakunun transferi üçün “Napoli” ilə razılığa gəlib

    Türkiyənin “Fənərbağça” klubu belçikalı futbolçu Romelu Lukakunun transferi barədə İtaliyanın “Napoli” komandası ilə razılığa gəlib.

    Bu barədə italiyalı jurnalist Canluka Di Marzio məlumat yayıb.

    Onun sözlərinə görə, tərəflər 6 milyon avro təzminat və əlavə bonuslar qarşılığında anlaşıblar. 33 yaşlı hücumçunun İstanbul təmsilçisinə keçidi ilə bağlı danışıqların son mərhələdə olduğu bildirilib.

    Qeyd edək ki, Belçika millisinin də üzvü olan Romelu Lukaku 2024-cü ildən “Napoli”nin formasını geyinir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ