Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan-Qırğızıstan münasibətləri qarşılıqlı yüksək etimada, qarşılıqlı faydalılıq və bərabərhüquqluluq prinsiplərinə əsaslanan müttəfiqlik modelidir

    Eyvaz Qurbanov
    Milli Məclisin deputatı

    Azərbaycan və Qırğızıstanı tarixi köklər, ortaq dəyərlərin birləşdirməsi iki ölkə arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin əsasının təşkil edir, ölkələrimiz arasında münasibətləri yaxınlaşdıran və inkişafına münbit zəmin yaradan təbii amil rolunu oynayır. 2022-ci ilin 20 aprelin Bakıda imzalanmış Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qalxmasına ciddi təkan verib. Ölkələrimiz arasında ticari-iqtisadi,mədəni-humanitar,nəqliyyat-loqistika, təhsil və s. ilə bağlı geniş səpgili məsələlər artıq müzakirə mərhələsindən real siyasət və əməli fəaliyyət müstəvisinə keçib. Bu kontekstdə görünən odur ki, Azərbaycan-Qırğızıstan əməkdaşlığı strateji xarakterli hədəf və nəticələrə fokuslandığından, nəzərdə tutulandan daha tez reallaşması xüsusisiyyəti ilə fərqlənir.Son illərdə iki ölkə arasında siyasi,iqtisadi və humanitar əlaqələrin genişlənməsi, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın güclənməsi regional inteqrasiya proseslərinin mühüm istiqamətlərindəndir. Xüsusilə ticarət əlaqələrinin genişlənməsi,investisiya imkanları, Orta Dəhliz, nəqliyyat-logistika layihələri, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq türk dövlətləri arasında qarşılıqlı əlaqələrin yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlərin daha da genişlənməsi və dərinləşməsi ticarətdə,sərmayə qoyuluşlarnda və Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq timsalında daha əyani görünür:
    2025-ci ildə Azərbaycan ilə Qırğızıstan arasındakı ticarət dövriyyəsi 77 milyon dolları keçib ki,bu da 2020-ci ildəki 5,4 milyon dollardan 13 dəfə, 2024-cü ildəki 40 milyon dollardan isə 2 dəfəyə yaxın çoxdur.Azərbaycandan Qırğızıstana ixrac edilən mal və məhsullar arasında elektrik enerjisi,neft və neft məhsulları,kimya sənayesi malları,kənd təsərrüfatı məhsulları əsas yer tutur.Qırğızıstandan Azərbaycana göndərilən mallar içərisində isə kənd təsərrüfatı və qida məhsulları toxuculuq və geyim sənayesi malları üstünlük təşkil edir. 2026-cı ilin birinci yarısnda Qırğız Respublikasının Azərbaycan Respublikasının ixracındakı payı 0,16 faiz,idxalda isə 0,04 faiz təşkil edib. Ona görə də iki ölkə arasında ticarət dövriyyəsinin tərəflərin mövcud potensialına uyğun səviyyədə artırmaq istiqamətində intensiv iş gedir.Azərbaycan bütün türk dövlətləri ilə olduğu kimi,Qırğızıstanla da əlaqələrin hərtərəfli və dinamik inkişafına önəm verir.Ona görə də təkcə ticarətdə deyil,iqtisadiyyatın digər sahələrində də əməkdaşlığı genişləndirmək və dərinləşdirmək istiqamətində qarşılıqlı faydalı işlər görülür. 2026-cı il iyulun 1-nə olan məlumata görə,Azərbaycanda kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, nəqliyyat, xidmət sektorlarında Qırğızıstan investisiyalı 97 kommersiya qurumu qeydiyyatdadır,onlardan 39-nun fəaliyyəti aktivdir.İndiyədək Azərbaycandan Qırğızıstana birbaşa investisiyaların həcmi 68,8 milyon dollar təşkil edib. Qırğızıstandan isə Azərbaycana birbaşa investisiya 25,2 milyon dollardır və bu, əsasən qeyri-neft-qaz sektorunun payına düşür.Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri zamanı keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası çərçivəsində dövlət başçıları tərəfindən Dövlətlərarası Şuranın 3-cü iclasının Qərarı imzalanıb.Sənəddə iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı investisiyaların artırılması əsas prioritetlər kimi müəyyənləşdirilib.Bu özünü son vaxtlar sərmayə qoyuluşları sahəsində daha qabarıq göstərir.Bu baxımdan ölkələrimiz arasında iqtisadi əməkdaşlığı dəstəkləmək məqsədilə 2022-ci il oktyabrında yaradılmış Azərbaycan-Qırğız İnkişaf Fondu çərçivəsində tərəfdaşlığın inkişafına önəm verilir. Azərbaycan-Qırğız İnkişaf Fondu ikitərəfli iqtisadi əlaqələrin inkişafına təkan verir.İqtisadi əməkdaşlığa,iqtisadiyyatın modernləşdirilməsi və potensialın reallaşdırılmasına yardım məqsədilə yaradılan Fond Azərbaycan və Qırğızıstanın biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməklə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xidmət edir. Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin prioritet layihələrinə investisiyalar yatırır. Bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq,tekstil, turizm və digər sahələr üzrə prioritet layihələri maliyyələşdirilir.Azərbaycan-Qırğızıstan İnkişaf Fondu Qırğızıstanda infrastrukturun və sahibkarlığın inkişafı üçün ümumi dəyəri 52,7 milyon dollar olan ilkin 4 mühüm investisiya layihəsinə 14,4 milyon dollar vəsait ayırıb.
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasının qərarı ilə Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyətinin genişləndirilməsi məqsədilə Fondun nizamnamə kapitalının 100 milyon dollardan 200 milyon ABŞ dollarınadək artırılır. Fondunun kapitalın artırılması sənaye, kənd təsərrüfatı, logistika, emal və digər perspektivli sahələrdə birgə layihələrin maliyyələşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.Bu, iki ölkənin iqtisadi əməkdaşlığının maliyyə təminatının gücləndirilməsinə çox ciddi təkan verəcək.Azərbaycan və Qırğızıstan bütün beynəlxalq platformalarda, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəylik nümayiş etdirirlər. Çoxtərəfli strukturlarda nümayiş etdirilən vahid mövqe iki ölkənin beynəlxalq nüfuzunu artırır və davamlı inkişaf, iqlim dəyişikliyi və regional təhlükəsizlik kimi müasir problemlərin həlli üçün strateji planları birgə həyata keçirməyə imkan verir. Bu kontekstdə Bakı və Bişkek regional sabitliyin və türk dünyasının birliyinin möhkəmləndirilməsinə birgə töhfə verməyə davam edirlər. Beləliklə, ortaq tarix, dil və mədəniyyət üzərində qurulan Azərbaycan-Qırğızıstan münasibətləri bu gün siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əməkdaşlığın bütün istiqamətlərini əhatə edən hərtərəfli strateji tərəfdaşlıq münasibətləri səviyysinə yüksəlib. Azərbaycan-Qırğızıstan münasibətləri qarşılıqlı yüksək etimada, qarşılıqlı faydalılıq və bərabərhüquqluluq prinsiplərinə əsaslanan müttəfiqlik modelidir. Bu model iki ölkə arasında münsibıtləri strateji tərəfdaşlıq,siyasi müttəfiqlik, iqtisadi inteqrasiya,investisiya tərəfdaşlığı,humanitar əməkdaşlıq və s. istiqamətlərdə daha da dərinləşdirilməsi üçün yeni perspektivlər açır. Bu isə iki qardaş ölkənin qarşılıqlı maraqlarına xidmət etməklə yanaşı, Türk dünyasında əməkdaşlığın möhkəmləndirilməsi, regionda sabitlik və dayanıqlı inkişafın təşviqi baxımından da mühüm əhəmiyyət kəsb edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ