Bu barədə “Axios” portalı ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, razılaşma çərçivəsində HƏMAS və İsrail yeddi-səkkiz ay ərzində qarşılıqlılıq prinsipi əsasında bir sıra mərhələli addımlar atacaq. Bu proses monitorinq ediləcək.
Portalın yazdığına görə, razılaşmaya əsasən, HƏMAS-ın silah istehsalı üçün istifadə etdiyi tunellərin və obyektlərin məhv edilməsi nəzərdə tutulur. Eyni zamanda, İsrail tərəfinin HƏMAS-ın razılaşmanın şərtlərinə əməl edəcəyinə ehtiyatla yanaşdığı bildirilir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Sülh Şurasının HƏMAS və Qəzza zolağındakı digər silahlı qrupların tam tərk-silahı barədə razılıq əldə etdiyini açıqlamışdı.
