Sizin reklam burada
Sizin reklam burada
  • “Barselona” ilə oyunda zədələnən “Sabah”ın futbolçusunun durumu açıqlanıb

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda “Barselona” ilə keçirilən oyunda zədələnən “Sabah”ın futbolçusu Akim Zedadkanın durumuna aydınlıq gəlib.

    Klubdan bildirilib ki, fransalı müdafiəçinin zədəsi ciddi deyil.

    Onun noyabrın 28-də “Araz-Naxçıvan”la oyunu buraxmaq ehtimalı çoxdur. Amma ondan sonrakı matçlara hazır ola bilər.

    Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 76-cı dəqiqəsində zədələnən Akim Zedadkanı Tellur Mütəllimov əvəzləyib. Görüş Kataloniya klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ