Sizin reklam burada
Sizin reklam burada
  • Soydaşımız Qazaxıstanın yüksək dövlət mükafatına layiq görülüb



    Xalık Aqro” fermer təsərrüfatının başçısı Sərxan Bəkirov Qazaxıstanın yüksək dövlət mükafatına - “Еңбек Даңқы” (“Əmək şöhrəti”) ordeninə layiq görülüb.

    Bu barədə Kustanay Vilayəti Azərbaycanlılarının “Birlik” Etnomədəni Assosiasiyasının sədri və Qazaxıstan Milli Şurasının üzvü Rəfail Hacıbalayev sosial media paylaşımında bildirib.

    Onun sözlərinə görə, S.Bəkirov bu mükafata uzunmüddətli fədakar əməyi, yüksək peşəkarlığı və aqrar-sənaye kompleksinin inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə layiq görülüb.

    Soydaşımız, həmçinin “Birlik” Assosiasiyası İdarə Heyətinin üzvüdür və bölgənin ictimai həyatında fəal iştirak edir, həmrəyliyin möhkəmləndirilməsinə və milli ənənələrin qorunmasına töhfə verir.

    S.Bəkirov 1978-ci ildə Şamaxı Kənd Təsərrüfatı Kollecini bitirib və 1983-cü ildə Qazaxıstanın Kustanay vilayətinə köçüb. Bu gün onun təsərrüfatı sənaye miqyasında tərəvəz istehsal edir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ