Sizin reklam burada
Sizin reklam burada
  • ABŞ Oman körfəzində quru yük gəmisini sıradan çıxardığını açıqlayıb

    ABŞ hərbçiləri noyabrın 26-da Oman körfəzində ticarət gəmisinə zərbə endirərək onu hərəkətsiz vəziyyətə gətiriblər.

    Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.

    Komandanlığın rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir: “CENTCOM noyabrın 26-da ekipajın ABŞ-nin dəniz blokadasını yarmağa cəhd göstərməsindən sonra Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb. ABŞ-nin hərbi hava gəmisi Palau bayrağı altında üzən “Pacific Archer” gəmisinin arxa hissəsinə yüksək dəqiqlikli döyüş sursatı ilə zərbə endirib”.

    Qeyd olunub ki, gəmi Bəndər-Abbas limanından çıxdıqdan sonra regional suları keçməyə cəhd göstərib.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ