UEFA-nın 55 üzv milli assosiasiyasının iştirakı ilə keçirilən təcili iclasda FIFA prezidenti Canni İnfantinonun bu təşəbbüsü həyata keçirəcəyi təqdirdə, qurumun təşkil etdiyi bütün turnirlərin boykot edilməsi barədə yekdil qərar qəbul olunub.
Boykot təhlükəsi təkcə 2030-cu il kişilər arasında dünya çempionatını deyil, həmçinin gələn il Braziliyada keçiriləcək qadınlar arasında dünya çempionatı da daxil olmaqla bütün FIFA yarışlarını əhatə edir.
UEFA bəyan edib ki, dünya çempionatı futbolun ən nüfuzlu və tarixi yarışlarından biridir və onun kommersiya obyekti kimi özəl investorlara təqdim olunması qəbuledilməzdir.
Qeyd edək ki, Şimali və Mərkəzi Amerika, eləcə də Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) da FIFA-nın planlarını dəstəkləmədiyini açıqlayıb. Bununla da 55 UEFA və 41 CONCACAF üzvünün etirazı fonunda FIFA-nın təşəbbüsü üçün tələb olunan səs çoxluğunu toplaması ciddi sual altına düşüb.
