Sizin reklam burada
Sizin reklam burada
  • Nazir: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi Azərbaycana hədiyyə kimi verilməyib

    Bakı şəhərinin dünyanın idman paytaxtı seçilməsi bizə hədiyyə kimi verilməyib. Bu, illər ərzində görülən işlərin nəticəsidir. Azərbaycan idmanın inkişafı və təbliği üçün yarışların keçirilməsinin nə qədər vacib olduğunu bilir.

    Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov deyib.

    Nazir ilin ilk yarısında ölkədə çoxsaylı beynəlxalq yarışların keçirildiyini xatırladıb: “İlin ikinci yarısında da bu proses davam edəcək. Artıq qeyd etdiyim kimi, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatları, dünya kubokları və digər beynəlxalq turnirlər baş tutacaq. Eyni zamanda, gələn il 20 yaşadək futbolçular arasında dünya çempionatı Azərbaycanda və Özbəkistanda təşkil olunacaq. Növbəti ildə “SportAccord”un qlobal idman tədbirinin də Azərbaycanda keçirilməsi gözlənilir. Bu, sadəcə yarış deyil, idman dünyasının ən böyük tədbirlərindən biridir. Burada beynəlxalq federasiyaların və Beynəlxalq Olimpiya Komitəsinin rəhbərləri iştirak edir, müxtəlif görüşlər, iclaslar və sərgilər keçirilir”.

    Fərid Qayıbovun sözlərinə görə, Azərbaycanda bir çox beynəlxalq turnirin təşkili artıq ənənəyə çevrilib: “Bir sıra federasiyaların Dünya Kubokları və Qran-Pri yarışları illərdir Azərbaycanda keçirilir və beynəlxalq təqvimdə öz yerini tutub. Artıq xarici nümayəndələr bilirlər ki, hər il Azərbaycanda müxtəlif idman növləri üzrə beynəlxalq turnirlər keçirilir”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ