Bu barədə prefektura rəsmiləri məlumat yayıblar.
Bildirilib ki, zəlzələ nəticəsində Kumamoto prefekturasında azı 5300 ev elektriksiz, təxminən 80 min ev isə susuz qalıb.
Qeyd edək ki, iyulun 28-də baş verən 7,1 bal gücündə zəlzələ son illərin ən güclü təbii fəlakətlərindən biri hesab olunur. Hazırda xilasetmə və bərpa işlərinə Yaponiya Özünümüdafiə Qüvvələrinin təxminən 4600 hərbçisi cəlb edilib.
