Atamoğlanın ad gününə
(İthaf)
Altımış üç yaşın var, yol vermədin nöqsana,
Abadlıq işlərində adın yayılıb, hər yana.
Bu gün bir nümunəsən, yaşadığımız ünvana,
Sən yaraşıq vermisən, həm divara, həm daşa,
Təbrik edirəm səni, Atamoğlan, yüz yaşa.
Çətin günlər olsa da, əyilmədin sən qəti,
Bir inşaatçı kimi, xalqa etdin xidməti.
Sən öz alın tərinlə, qazanmısan hörməti,
Uğurların bol olsun, qalan ömrü vur başa,
Təbrik edirəm səni, Atamoğlan, yüz yaşa.
Təbii fəlakətlərə göz yummadın heç zaman,
Qoymadın sakinlərin, başını alsın duman.
Küçələri, evləri, təmir eylədin hər an,
Quruculuq işində, zəhmətin var birbaşa,
Təbrik edirəm səni, Atamoğlan, yüz yaşa.
Hər bir çətin işlərin, gördüm səni önündə,
Arzular diləyirəm, bu gün doğum günündə.
Yubleyini keçirək, günlərin bir günündə,
Qoy eyləsin kainat, özü sənə tamaşa,
Təbrik edirəm səni, Atamoğlan, yüz yaşa.
Mənim arzularım var, bu gün Atamoğlana,
Nə qədər tərif desəm, yenədə azdır ona.
Dost demişəm qardaşım, sənin kimi oğlana,
İzin vermə dostluğa, kimsə uzadsın maşa,
Təbrik edirəm səni, Atamoğlan, yüz yaşa.
Kiçik hədiyyəmiz var, sənin doğum gününə,
Bu gün təqdim edəcək, yaxın dostların sənə.
Mehdi öz şeiri ilə, təbrik eyləyir, yenə,
Bir məhlədə böyüyüb, boy atmışıq biz qoşa,
Təbrik edirəm səni, Atamoğlan, yüz yaşa.
Mehdi Heybətli
Şamaxı şəhəri
