Bu barədə “Financial Times” (FT) nəşri şirkətlərin maliyyə hesabatlarına istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, bu göstərici texnologiya nəhənglərinin süni intellekt sahəsində iddialı planlarını və onların məlumat mərkəzləri, hesablama infrastrukturu və digər fiziki aktivlərə yönəlmiş sərmayələrinin sürətlə artdığını göstərir.
Məlumata əsasən, “Amazon”, “Microsoft”, “Google” və “Meta” 2026-cı ildə əsasən məlumat mərkəzləri, qabaqcıl çiplər və enerji infrastrukturu üçün əlavə 745 milyard dollar investisiya qoymağı planlaşdırırlar.
