"Atributinfo.az" xəbər verir ki, YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov fəalları doğum günü münasibətilə təbrik edib, xoş arzularını bildirib. Hər iki üzvün Partiya qarşısında nümayiş etdirdikləri fəallığı yüksək qiymətləndirərək onlara bundan sonra da daha məsuliyyətlə fəaliyyət göstərməyi tövsiyə edib.
A. Abbasova və L. Məmmədova YAP fəali olmaqdan qürur duyduqlarını və bundan sonra da ulu öndər Heydər Əliyev irsinə, Partiyamızın Sədri, Müzəffər Prezident İlham Əliyev siyasətinə sədaqətlə xidmət edəcəklərini diqqətə çatdırıblar. YAP rəhbərliyinə göstərilən diqqətə görə öz dərin təşəkkürünü bildirən fəallara Partiya tərəfindən hədiyyə və gül dəstələri təqdim olunub.
YAP Astara rayon təşkilatı olaraq fəallarımızı bir daha təbrik edir, gələcək həyatlarında uğurlar arzulayırıq!
Bəradər
"Atributinfo.az"
