Sizin reklam burada
Sizin reklam burada
  • Rumıniya nəşri Prezident İlham Əliyevin Azərbaycan–Türkiyə münasibətləri ilə bağlı səsləndirdiyi fikirləri işıqlandırıb

    Rumıniyanın “Financiarul” nəşri Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində Prezident İlham Əliyevin Azərbaycan–Türkiyə münasibətləri ilə bağlı səsləndirdiyi fikirləri işıqlandırıb.

    Nəşr yazır ki, Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, iki qardaş ölkə bütün əsas beynəlxalq və regional məsələlərdə vahid mövqedən çıxış edir, siyasi, iqtisadi, enerji, müdafiə və nəqliyyat sahələrində sıx əməkdaşlıq həyata keçirir.

    “Financiarul” qeyd edir ki, Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də Cənubi Qafqazın, Xəzər regionunun və daha geniş coğrafiyanın sabitliyi, təhlükəsizliyi və iqtisadi inkişafına mühüm töhfə verir.

    Məqalədə bildirilir ki, dövlət başçısı enerji və nəqliyyat layihələrinin iki ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirdiyini vurğulayıb. Xüsusilə Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Ceyhan neft kəməri, TANAP və digər iri layihələrin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd olunub.

    Nəşr yazır ki, Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin münasibətləri rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəltdiyini, sənədin iki ölkə arasında əməkdaşlığın gələcək inkişafı üçün əsas yol xəritəsi olduğunu diqqətə çatdırıb.

    “Financiarul” vurğulayır ki, Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində mühüm amillərdən biri kimi qiymətləndirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ