Bu fikirləri "ANEWZ" beynəlxalq xəbər telekanalının baş redaktor müavini Orxan Amaşov “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda keçirilən konfransda moderator qismində çıxışı zamanı səsləndirib.
O bildirib ki, kolonial idarəetmə uzun illər ərzində təkcə fiziki nəzarət mexanizmlərindən deyil, həm də media və informasiya vasitələrindən istifadə edərək xalqların dili, kimliyi və düşüncə tərzi üzərində təsir yaratmağa çalışıb.
O.Amaşov qeyd edib ki, müasir dövrdə rəqəmsal media və süni intellekt dekolonizasiya ilə bağlı mövzuların, eləcə də yerli xalqların səsinin daha geniş auditoriyaya çatdırılması üçün yeni imkanlar yaradır.
