Niger Məsləhət Şurasının sədri ölkəmizə səfərə gəlib
Siyasət
21-06-2026, 13:45
63
Niger Respublikası Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində Məsləhət Şurasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi