Sizin reklam burada
Sizin reklam burada
  • Yeni Dövlət Proqramı aqrar sektorda məhsuldarlıq, ixrac və ərzaq təhlükəsizliyi üzrə yeni mərhələnin əsasını qoyur - ŞƏRH

    "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və qeyri-neft iqtisadiyyatının genişləndirilməsi istiqamətində strateji əhəmiyyət daşıyan mühüm sənəd kimi qiymətləndirilir. Proqram çərçivəsində müəyyən edilmiş hədəflər yalnız kənd təsərrüfatında istehsal göstəricilərinin yüksəldilməsini deyil, həm də kənd yerlərində iqtisadi fəallığın artmasını, müasir texnologiyaların tətbiqini və beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin gücləndirilməsini nəzərdə tutur.

    Bu fikirləri Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

    Deputat qeyd edib ki, son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri regionların inkişafının sürətləndirilməsi və kənd təsərrüfatının yeni iqtisadi reallıqlara uyğunlaşdırılması olub.

    “Dövlət tərəfindən həyata keçirilən institusional islahatlar, fermerlərə göstərilən dəstək tədbirləri, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi və infrastruktur layihələri aqrar sahədə mühüm nəticələrin əldə edilməsinə imkan yaradıb. Yeni Dövlət Proqramı artıq formalaşmış inkişaf modelini daha yüksək mərhələyə daşımaq məqsədi daşıyır. Dünyada ərzaq bazarlarında baş verən dəyişikliklər, iqlim amillərinin kənd təsərrüfatına təsiri, su ehtiyatlarından istifadənin optimallaşdırılması və istehsalın səmərəliliyinin artırılması məsələləri dövlətlərin prioritet gündəliyindədir. Azərbaycan da bu istiqamətdə qabaqlayıcı və uzunmüddətli yanaşma nümayiş etdirərək aqrar inkişafın yeni modelini formalaşdırır. Proqramın əsas istiqamətlərindən biri məhsuldarlığın yüksəldilməsidir. Bu məqsədlə müasir texnologiyaların tətbiqi, rəqəmsal kənd təsərrüfatı həllərinin genişləndirilməsi, torpaq ehtiyatlarının səmərəli idarə olunması və elmi əsaslı istehsal metodlarının tətbiqi nəzərdə tutulur. Məhsuldarlığın artırılması təkcə istehsalın həcmini yüksəltmir, həm də resurslardan səmərəli istifadəni, məhsulun maya dəyərinin optimallaşdırılmasını və kənd təsərrüfatında gəlirliliyin yüksəlməsini təmin edir. İqlim dəyişikliklərinin yaratdığı yeni çağırışlar fonunda müasir suvarma sistemlərinin geniş tətbiqi və su resurslarının rasional idarə olunması xüsusi aktuallıq daşıyır. Su ehtiyatlarının səmərəli istifadəsi gələcək illərdə kənd təsərrüfatının davamlı inkişafının əsas şərtlərindən biri olacaq. Bu istiqamətdə texnoloji yanaşmaların tətbiqi həm məhsuldarlığa, həm də ekoloji dayanıqlığa müsbət təsir göstərəcək”, – deyə deputat vurğulayıb.

    Deputatın fikrincə, proqramın mühüm istiqamətlərindən biri də aqrar ixracın artırılması və Azərbaycanın beynəlxalq ərzaq bazarlarında mövqelərinin möhkəmləndirilməsidir. O qeyd edib ki, kənd təsərrüfatı məhsullarının əlavə dəyər yaradacaq şəkildə emalı, müasir logistika və saxlama infrastrukturunun qurulması, beynəlxalq keyfiyyət standartlarına uyğun istehsal mexanizmlərinin tətbiqi ölkənin ixrac imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

    Arzu Nağıyev bildirib ki, aqrar məhsulların xarici bazarlara çıxışının genişləndirilməsi yalnız iqtisadi gəlirlərin artmasına deyil, həm də Azərbaycanın regional iqtisadi mərkəz kimi mövqeyinin güclənməsinə xidmət edəcək. Deputat vurğulayıb ki, ərzaq təhlükəsizliyi müasir dövrdə iqtisadi təhlükəsizlik anlayışının ayrılmaz hissəsinə çevrilib.

    “Ölkənin daxili istehsal potensialının gücləndirilməsi, strateji məhsullar üzrə təminatın artırılması, idxaldan asılılığın mərhələli şəkildə azaldılması və dayanıqlı təchizat sisteminin qurulması uzunmüddətli dövlət siyasətinin əsas istiqamətlərindən biridir”, – deyə o qeyd edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ