Sizin reklam burada
Sizin reklam burada
  • Əmək və sosial siyasət komitəsinin iclasında

    İyunun 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
    İclası açan komitə sədri Musa Quliyev gündəliyə bir məsələnin-Azərbaycan Respublikasının Mənzil Məcəlləsində,“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) daxil edildiyini bildirib.
    Komitə sədri qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin əsas məqsədinin işğaldan azad edilmiş ərazilərə qayıdan məcburi köçkünlərin mənzil təminatının və mülkiyyət hüquqlarının daha effektiv şəkildə tənzimlənməsi olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, layihəyə əsasən, “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu” yaradılır və həmin fonda daxil edilən yaşayış sahələri məcburi köçkünlərin daimi məskunlaşdırılması, eləcə də onların mülkiyyətinə verilməsi üçün istifadə olunacaqdır.
    Qeyd edilib ki, təklif edilən dəyişikliklər məcburi köçkünlərin uzunmüddətli sosial müdafiəsinin təmin edilməsinə, onların mülkiyyət hüquqlarının tam bərpasına və işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın formalaşdırılmasına xidmət edəcək.
    Müzakirələrdə Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, komitənin üzvləri Vüqar Bayramov, Əziz Ələkbərov, Jalə Əliyeva və Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək qanun layihəsinə dair fikirlərini səsləndiriblər, bəzi qeyd və təkliflərini irəli sürüblər.
    Sonda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
    Onlayn iclasda komitənin üzvləri Səttar Möhbalıyev, Bədəl Bədəlov, Ziyad Səmədzadə, Soltan Məmmədov, Nigar Məmmədova, Sevinc Hüseynova, Göydəniz Qəhrəmanov və digər rəsmi şəxslər iştirak ediblər.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ