Sizin reklam burada
Sizin reklam burada
  • Bu cür böyük idman uğurları təsadüfən ərsəyə gəlmir

    Bu cür böyük idman uğurları təsadüfən ərsəyə gəlmir Ülvi Quliyev
    Milli Məclisin deputatı
    Azərbaycan Karate Federasiyasının prezidentİ

    Həyatın əksər sahələrində olduğu kimi, peşəkar idmanda da böyük zəhmət, ciddi nizam-intizam və dərin məsuliyyət hissi uğurların təməlində dayanır. Komanda yarışlarında isə yalnız bir şəxsin deyil, bütün iştirakçıların iradə əzmi, bir-birini şüur və instinkt səviyyəsində duyması, ən başlıcası, ümumi qələbə naminə bir-birinə güzəştə getmək qabiliyyəti komanda uğurlarını şərtləndirən əsas amillərdir.


    2022-ci ildə Avropa, 2025-ci ildə dünya çempionu adını qazanan ölkəmizin minifutbol millisi bir gün əvvəl-iyunun 4-də Avropanın ən güclü komandası olduğunu yenidən sübut etdi, ikinci dəfə Avropa çempionu adını qazandı. Bu cür böyük idman uğurları təsadüfən ərsəyə gəlmir. Qələbələr ənənəsi əyani şəkildə təsdiq edir ki, digər sahələrdə olduğu kimi, ölkəmizin idmanla bağlı dövlət siyasəti də öz bəhrəsini verməkdədir. Tarixi Zəfərimizdən sonra idman nailiyyətlərinin davamlı xarakter alması həm də o deməkdir ki, Azərbaycan idmançıları qalib Dövləti və qalib Xalqı təmsil etdiklərinin məsuliyyətini dərindən hiss edirlər.


    Parlaq qələbə münasibətilə minifutbol üzrə Azərbaycan millisini, məşqçi və texniki heyəti, bu uğurların qazanılmasında böyük zəhməti olan Federasiya rəhbərliyini Azərbaycan Karate Federasiyasının üzvləri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, qarşıdakı illərdə yeni-yeni uğurlar arzulayıram.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ