Sizin reklam burada
Sizin reklam burada
  • TÜRKPA-nın tədbirində

    TÜRKPA-nın tədbirində Milli Məclisin deputatı, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Cavanşir Feyziyev həmin komissiyanın 13-cü iclasında iştirak etmək məqsədilə iyunun 6-da Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcək.
    Deputatımız “TÜRKPA-ya üzv dövlətlər arasında regional əməkdaşlığın möhkəmləndirilməsində yerli idarəetmənin rolu” mövzusuna həsr olunmuş iclasda üzv dövlətlər arasında əməkdaşlığın inkişafı, komissiyanın hesabatı və tövsiyə layihələri barədə müzakirələrdə iştirak edəcək.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ