Sizin reklam burada
Sizin reklam burada
  • Sosial şəbəkə istifadəçilərinə MCP-dən müraciət

    İctimai müzakirələr yalan və saxtakarlıq üzərində deyil, faktlar və həqiqətlər əsasında aparılmalıdır

    Sosial şəbəkələrdə deputat Razi Nurullayevə aid edildiyi iddia olunan və üzərində sitat yerləşdirilmiş görüntü yayılır. Bildiririk ki, bu məzmun həqiqəti əks etdirmir və qeyd olunan fikirlərlə bağlı nə belə bir müsahibə, nə də hər hansı rəsmi açıqlama mövcuddur. Şəxsin demədiyi sözləri onun adına yazmaq, saxta vizuallar hazırlamaq və ictimai rəyə yanlış məlumat ötürmək etik normalara zidd olmaqla yanaşı, qanunvericiliklə də hüquqi məsuliyyət yaradır.

    Təəssüf ki, bəzi dairələr cəmiyyətin həssas mövzularından istifadə edərək manipulyasiya yaratmağa və insanların fikrini yanlış istiqamətə yönəltməyə çalışırlar. Vətəndaşları yalnız rəsmi mənbələrə istinad etməyə, paylaşdıqları məlumatların doğruluğunu yoxlamağa və dezinformasiyanın yayılmasına vasitəçi olmamağa çağırırıq.

    İctimai müzakirələr yalan və saxtakarlıq üzərində deyil, faktlar və həqiqətlər əsasında aparılmalıdır.

    Ehtiram Mehtiyev
    Milli Cəbhə Partiyası - MCP
    Sədr müavini

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ