Sizin reklam burada
Sizin reklam burada
  • Deputatlarımız İstanbulda keçiriləcək Forumda iştirak edəcəklər

    Deputatlarımız İstanbulda keçiriləcək Forumda iştirak edəcəklər Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və deputat Nigar Arpadarai “Sıfır Tullantı Forumu 2026” adlı tədbirdə iştirak etmək üçün iyunun 4-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
    İstanbul Sıfır Tullantı Həftəsi çərçivəsində keçiriləcək və “Antalyaya gedən yol: Sıfır tullantı iqlim tədbiri kimi” mövzusuna həsr olunmuş Forumda sıfır tullantı və iqlim dəyişikliyi məsələlərinin müzakirəsi, əməkdaşlığın təşviqi, həmçinin bu sahədə müxtəlif sektorlar üzrə dayanıqlı yanaşmaların araşdırılması barədə fikir mübadiləsi aparılacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ