Sizin reklam burada
Sizin reklam burada
  • NATO Parlament Assambleyasının yaz sessiyasında

    Milli Məclisin NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri Ramid Namazov, nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Könül Nurullayeva, Kamran Bayramov və Samir Vəliyev bu qurumun yaz sessiyasında iştirak etmək məqsədilə mayın 28-də Litva Respublikasının Vilnüs şəhərinə səfər edəcəklər.
    Sessiya çərçivəsində NATO PA-nın Daimi, Siyasi, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya, Müdafiə və təhlükəsizlik, Demokratiya və təhlükəsizlik komitələrinin toplantıları keçiriləcək. İclaslarda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığının genişləndirilməsi, innovativ texnologiyaların hərbi sahədə tətbiqi, tədqiqat təhlükəsizliyi, kritik infrastrukturun qorunması, terrorizmlə mübarizə, NATO-nun gələcək müdafiə qabiliyyətlərinin formalaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
    Səfər iyunun 1-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ