Bu fikirləri Bakıda yerləşən Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, diaspora üzrə tədqiqatçı-ekspert Elnur Eltürk Demokrat.az-a bildirib.
“Sözügedən çevrələr Türkiyə–Ermənistan sərhədlərinin açılması məsələsində Azərbaycanın maraqlarının nəzərə alınmaması gərəkdiyi yönündə fikir irəli sürürlər. Bu fikri trollar vasitəsilə yayırlar. Guya bu məsələ yalnız iki ölkənin qarşılıqlı maraqları əsasında həll edilməlidir. Bu isə yanlış və təhlükəli yanaşmadır. Bu cür mövqe ‘Bir millət, iki dövlət’ prinsipinə ziddir. Hər iki qardaş ölkə beynəlxalq arenada ortaq maraqlardan çıxış edir.
Qardaş Türkiyə Ermənistanın işğalçı siyasətinə etiraz olaraq sərhədlərini bağlamış və bununla Azərbaycana dəstəyini göstərmişdir. Bu gün isə Ermənistanın atmalı olduğu addımlar var. Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmalı, eyni zamanda Ermənistan Konstitusiyasında zəruri dəyişikliklər edilməlidir. Həmin konstitusiyada qardaş Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Bu maddələr ləğv olunmalıdır ki, bundan sonra münasibətlərin normallaşması mümkün olsun.”
E. Eltürk əlavə edib ki, Azərbaycan bölgədə sülhün və sabitliyin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
“Azərbaycan öz prinsiplərinə sadiqdir və Cənubi Qafqazda sülh siyasətini dəstəkləyir. Erməni cəmiyyətinin də sülh prosesində aktiv şəkildə yer alması vacibdir ki, yenidən revizionist qüvvələr hakimiyyətə gəlməsin. Əgər yenidən hakimiyyətə gəlsələr, bu, Ermənistan üçün fəlakət olar.”
