Sizin reklam burada
Sizin reklam burada
  • Ramil Həsən: Konstitusiya dəyişiklikləri Qazaxıstanın inkişafına mühüm töhfə verəcək

    TÜRKPA-nın Baş katibi Ramil Həsən Qazaxıstanın paytaxtı Astana şəhərində bu ölkənin Konstitusiya Məhkəməsinin sədri Elvira Əzimova ilə görüşüb.

    TÜRKPA-dan bildirilib ki, görüş zamanı Elvira Əzimova Qazaxıstan Konstitusiyasının təxminən 84 faizinin dəyişilməsini nəzərdə tutan ümumxalq referendumunun nəticələri haqqında danışıb. Eləcə də bu islahatların Qazaxıstanın gələcək inkişafına verəcəyi mühüm töhfələr barədə məlumat verib. O, həmçinin sözügedən yeniliklərin gələcəkdə model qanunlar çərçivəsində digər qardaş türk dövlətlərinin islahat proseslərində tətbiq oluna biləcəyini qeyd edib.

    Baş katib Ramil Həsən bu yeni mühüm mərhələ münasibətilə qardaş Qazaxıstan xalqını təbrik edib. Ramil Həsən islahatlara yönəlmiş Konstitusiya dəyişikliklərinin Qazaxıstan xalqının inkişafında mühüm töhfə verəcəyini vurğulayıb. O, həmçinin gələcəkdə parlamentlərarası əməkdaşlıq çərçivəsində Konstitusiyada əksini tapan mühüm yeniliklərin qanunvericilik sahəsində model qanunlar vasitəsilə tətbiqinin bütün üzv dövlətlər üçün faydalı ola biləcəyini bildirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ