Deputat Kamran Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) İqtisadi siyasət və inkişaf komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 13-də Serbiyanın Belqrad şəhərinə səfər edəcək. Komitənin iclasında “QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellekt – sosial aspektlər” adlı hesabat və tövsiyə layihəsi müzakirə olunacaq. Səfər oktyabrın 15-də başa çatacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi