Göygöl RİHB -nın Qızılqaya Qəsəbə İcra Nümayəndəliyində müavin
Eksklüziv olaraq "Atributinfo.az" saytı üçün
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm xüsusiyyətlərini özündə birləşdirir. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ən ön yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun cənab Prezidentimiz tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir.
Cənab Prezident ölkəmizin son illərdə daxili və xarici siyasətində əldə edilən uğurlardan geniş bəhs edərək bildirmişdir ki, hazırda Azərbaycan bütün sahələrdə böyük nailliyyətlər əldə edib. İqtisadi sahədə əldə edilmiş uğurlar digər sahələrin də inkişafına mühüm təkan vermişdir. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbəmizdən sonra dövlətimizin tarixində yeni bir mərhələnin başlanğıcı qoyulmuşdur. Hazırda qalib dövlət kimi qarşıda duran əsas vəzifələrdən biri kimi işğaldan azad edilmiş və erməni vandallığı nəticəsində dağıdılmış yaşayış yerlərinin yenidən bərpası və qurulmasıdır. Bu istiqamətdə hazırda çox böyük işlər görülür. Bütün infrastruktur yenidən qurulur, müasir tələblər səviyyəsində tikinti-quruculuq və bərpa işləri ən müasir tələblər səviyyəsində aparılır. Sevindirici haldır ki, öz torpaqlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz tarixi torpaqlarına Böyük Qayıdışını reallışdırmaq üçün artıq əməli addımlar atılmaqdadır. İnanırıq ki, Azərbaycanın öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri tezliklə yekunlaşacaq və soydaşlarımızın Böyük Qayıdışı başa çatacaqdır. Cənab Prezidentin çıxışında toxunduğu digər vacib məqamlardan biri də Vətən müharibəsində qazandığımız şanlı qələbənin reallaşmasında böyük rolu olan şəhidlərimizin ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğının daha da artırılması istiqamətində olmuşdur. Dövlətimizin başçısı xüsusi olaraq qeyd etmişdir ki, şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğının göstərilməsi, onların problemlərinin həlli dövlətimizin sosial siyasətində əsas məqamlardan birini təşkil edir. Qeyd etməliyik ki, tarixi qələbəmiz ölkəmizin ən böyük problemlərindən biri olan Qarabağ münaqişəsini birdəfəlik həll etmiş oldu. İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra ki, biz bu ədalətsizliyə də son qoyduq, öz gücümüzlə tarixi ədaləti bərpa etdik. Bundan sonrakı dövrdə Azərbaycanın daha da inkişaf etməsi üçün böyük perspektivləri və böyük potensialı vardır. Hazırda biz müzəffər dövlətin müzəffər xalqı kimi yaşayırıq, ləyaqətlə yaşayırıq. Cənab Prezident bu məsələ ilə əlaqədar çıxışı zamanı qeyd etmişdir ki, “ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri. İndi hər şey göz qabağındadır. Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.
