Sizin reklam burada
Sizin reklam burada
  • ABŞ-ın MLI İnstitutu Azərbaycana daha 5 minaaxtaran it göndərib

    Atributinfo.az xəbər verir ki, ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” (MLI) daha 5 minaaxtaran iti Azərbaycana göndərib.
    Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi öz "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.
    "Bu yeni çatdırılma xüsusi əhəmiyyət kəsb edir, çünki o, MLI-nin minalardan zərər çəkmiş ölkələrə bağışladığı 300-cü it itidir, onlardan 81-i Azərbaycana göndərilib. Burada kritik işlərinə başlayacaq olan , Boka, Bianka, Flex, Lex, Stela və Tiger Pride II-ni salamlayırıq!", - deyə paylaşımda bildirilib.
    Qeyd edək ki, daha öncə də ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” (MLI) 5 minaaxtaran iti Azərbaycana göndərib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ