Sizin reklam burada
Sizin reklam burada
  • Deputatımız AŞPA-nın komitə iclasında iştirak edəcək

    Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün mayın 30-da Böyük Britaniyanın London şəhərinə səfər edəcək.
    Tədbirdə idmanda və idman vasitəsilə insan hüquqlarının qorunması, idmanda zorakılıq hallarının müəyyən edilməsi və onların aradan qaldırılması, virtual məkanda imkanlar, mövcud risklər və bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
    Səfər iyunun 3-də başa çatacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ