Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda Milli Məclisin QDİƏT PM-də nümayəndə heyətinin rəhbəri deputat Eldar Quliyev, üzvləri - deputatlar Ramin Məmmədov və Elşad Mirbəşir oğlu iştirak ediblər.
Əvvəlcə iclasın gündəliyi təsdiq edilib. Sonra tədbirdə “QDİƏT-ə üzv dövlətlərdə kosmik texnologiyalar: milli siyasət və inkişaf” mövzusunda məruzə təqdim edilib. Komitə üzvləri mövzu ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Yekunda komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.
