Sizin reklam burada
Sizin reklam burada
  • Erməni genosidləri

    Erməni genosidləriErmənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi ,indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır.
    Ermənistanın işğalçılıq siyasətinin məqsədlərindən biri də qəsdən Azərbaycan xalqının milli irsinin dağıdılmasıdır. Bu, etnik və mədəni təmizləmə, müharibə cinayətləridir. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən mədəni soyqırımı Azərbaycan mədəniyyətinə, ümumiyyətlə, dünya mədəniyyəti abidələrinə qarşı edilən hücumlardır. Tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələr mövcud olub. Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri bir memarlıq əsəri olan 310 məscid mövcud olmuşdur. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti – Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilmiş, onları dağıdaraq yer üzündən silməyə başlamışlar.Dünyaya özlərini təcavüzkar kimi çoxdan tanıdan daşnaklar, minilliklər boyu azərbaycanlıların yaşadığı tarixi Azərbaycan torpaqlarında özlərinə Ermənistan adlandırılan dövlət yaratdıqdan və hakimiyyət sükanını ələ keçirdikdən sonra, Ulu Tariximizin yaddaşına da həkk olunan iyrəncliklər dolu öz murdar daşnak siyasətlərini günü bu günədək davam etdiriblər. Xarici ölkələrdən ermənilərin gətirilərək, burada asanlıqla yerləşdirilməsindən ötrü, yerli əhali olan azərbaycanlıların dədə-baba yadigarları öz doğma yurd yerlərindən mərhələ-mərhələ deportasiya edilməsi, bu azmış kimi, daha zorakı üsullarla onların qovulması, ərazilərindəki tarix və mədəniyyət abidələrinə münasibətdə vandalizm aktlarının həyata keçirməklə, yerli əhaliyə məxsus milli-mənəvi irsin, tarixi-memarlıq abidələrinin, dini inanc yerlərinin, hətta qəbristanlıqların belə vəhşicəsinə məhv edilərək, tamamilə dağıdılması Azərbaycan xalqının mədəni sərvətlərinin məhv edilməsi məqsədini daşıyıb. Bu ərazilərdəki Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin — daşınmaz tarix və mədəniyyət abidələrinin bir qismini dağıdaraq yox etmək, bir qismini süni şəkildə erməniləşdirməklə, həyasızcasına mənimsəmək kimi qeyri-qanuni fəaliyyət, həmişə, indiki Ermənistan Respublikasının məkrli siyasətinin əsasını təşkil edib. Qərbi Azərbaycanda, bu azmış kimi, hətta 30 il işğal altında saxladıqları Azərbaycan Respublikasının ərazilərində Ermənistan tərəfindən xalqımızın mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq sənədlərdə belə bəşəri cinayət kimi qiymətləndirilən daşnakların bu iyrənc əməlləri bütün bəşər mədəniyyətinə qarşı açıq təcavüz kimi göstərilsə də, müvafiq beynəlxalq təşkilatlar uzun zaman buna qarşı susqunluq nümayiş etdiriblər. Məhz bunun acı və ağrılı nəticəsidir ki, dövlətləri olmadığı üçün, terror-siyasi təşkilatlarda birləşməyi hər şeydən üstün tutan daşnaklar, dünyanın qarışıq zamanlarında, azərbaycanlılara məxsus tarixi abidələri, məscidləri, mədrəsələri dağıdıb, yandırmağı, tarixi keçmişdən olan-qalan izləri silməyi özlərinə məşğuliyyət seçməkdən çəkinməyiblər. Azərbaycan insanlarına qarşı edilən soyqırımla yanaşı, həm də mədəniyyətimizə qarşı soyqırımlar törədilib.

    Qalib Kərəmov
    Yeni Azərbaycan Partiyası
    Beyləqan rayon təşkilatının mühasibi
    Xüsusi olaraq "Atributinfo.az" saytı üçün

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ