Sizin reklam burada
Sizin reklam burada
  • Heydər Əliyev ideyaları və siyasi kursuna sədaqət

    Bu gün Heydər Əliyev ideyaları və siyasi kursuna daim sədaqətlə xidmət edən 800 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın yox, bütövlükdə, regionun ən güclü siyasi partiyasıdır
    Bu, demokratiyanın inkişafında önəmli addımdır
    XX əsr ərzində iki dəfə müasir anlamda beynəlxalq hüquqla tanınan müstəqil dövlət qurmaq imkanı qazandıq. Təəssüf ki, 1918-ci il 28 may tarixində qurulan Azərbaycan Xalq Cümhuriyyəti müxtəlif səbəblərdən cəmi 23 ay yaşaya bildi. Yalnız bundan 70 il sonra öz milli müstəqilliyimizi yenidən bərpa etmək imkanı əldə edə bildik. Lakin bu dövr elə bir zamana təsadüf edirdi ki, Azərbaycan beynəlxalq sahədə təklənmiş, Türkiyə istisna olmaqla başqa xarici dövlətlərdən dəstək ala bilmirdi, hətta informasiya qıtlığı üzündən ABŞ konqresi təcavüzə məruz qalmış Azərbaycana Ermənistanı guya «blokada»ya aldığına görə 1992-ci ildə «Azadlığı müdafiə aktı»na 907 saylı əlavəsini tətbiq etmişdi.
    Belə bir dövrdə qazanılmış müstəqilliyimizi bir daha itirməmək üçün Azərbaycan xalqının öndə gedən ziyalıları yeganə çıxış yolunu Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdülər və bu məqsədlə 16 oktyabr 1992-ci il tarixində siyasi partiyaya rəhbərlik etməsi üçün müraciət etdilər. 24 oktyabrda Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevin ziyalıların müraciətinə müsbət cavabından sonra 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev partiyanın Sədri seçildi.
    Heydər Əliyev şəxsiyyətinin gücü hər kəsə yaxşı bəllidir, bu güc xalqın gücü ilə birləşdikdən sonra qarşısıalınmaz bir qüvvəyə çevrildi və dağılmaq üzrə olan bir məmləkət sabitlik və quruculuq dövrünə qədəm qoydu.
    Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərdən biri təbii ki, çoxpartiyalı sistemin yaradılmasıdır. Ölkəmizdə 60-a yaxın siyasi partiyanın qeydiyyatdan keçməsi, onların normal fəaliyyəti üçün lazımi şəraitin yaradılması göz önündədir. 1992-ci ildə qəbul olunan «Siyasi partiyalar haqqında» Qanunun dövrün, zamanın tələblərinə cavab vermədiyini nəzərə alaraq yeni «Siyasi partiyalar haqqında» Qanunun qəbul olunması da deyilənlərin bariz nümünəsidir. Ölkəmizdə keçirilən seçki proseslərində müxtəlif siyasi partiyaların iştirakı, həmçinin onları təmsil edən namizədlərin qatılması, heç bir ayrı-seçkiliyə yol vermədən seçkilərin bütün mərhələrində eyni şəraitin yaradılması da günümüzün reallıqları sırasındadır. Məlum olduğu kimi, 9 fevral növbədənkənar parlament seçkilərində 20-yə yaxın siyasi partiya iştirak etmişdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Bu, demokratiyanın inkişafında önəmli addımdır.
    Siyasi sistemin dünya standartları səviyyəsinə yüksəlməsi, ölkənin iqtisadi qüdrətinin artması və demokratik proseslərin dərinləşməsi məqsədilə yeni qanunların qəbulu daim öz aktuallığını qoruyur. Milli Məclis üzərinə düşən məsuliyyətli missiyanı uğurla yerinə yetirməyə, dövlətin və xalqın maraqlarını qətiyyətlə müdafiə etməyə, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi siyasi, iqtisadi və hüquqi islahatlara layiqli töhfəsini verməyə səy göstərir.
    Son illərin ümumi təhlili əsasında bu fikri söyləyə bilərik ki, ölkəmizdə çoxpartiyalı sistemin təkmilləşdirilməsi istiqamətində atılan addımlar milli birliyin, həmrəyliyin möhkəmləndirilməsinə geniş imkanlar açıb. Siyasi partiyalar arasında əməkdaşlığın inkişaf etdirilməsi fonunda ölkənin dayanıqlı inkişafı ilə bağlı təkliflər, ideyalar ortaya qoymaq, onların reallığa çevrilməsi üçün səyləri birləşdirmək mümkündür. Hazırda inkişafın yeni mərhələsini yaşayan Azərbaycanda Böyük Qayıdış proqramına hazırlıq işləri görülür. Milli birliyimizi, həmrəyliyimizi möhkəmləndirməklə bu istəyimizi də hər kəsdə qürur doğuracaq şəkildə reallaşdıra bilərik.

    İlkin Məmmədov
    Göygöl RİHB Qızılqaya qəsəbə İƏD üzrə nümayəndənin müavini
    Xüsusi olaraq
    "Atributinfo.az" üçün

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ