Milli Cəbhə Partiyası - MCP sədri, Milli Məclisin deputatı
Hələ də Parlamentdə kabinetdəyəm. Xeyli məktublarla məşğul oldum, xeyli araşdırılmağa ehtiyacı olan məktubları oxuyub kənara yığdım, 5 dövlət qurumu ilə telefonla danışıb seçici məsələlərini müzakirə etdim, ən azı 6 məsələ həllini tapdı və bir neçəsi də gözlənilir. Sonuncu görüşüm isə saat 23.00-ə təyin olunub. Bu günkü günümüz belə.
Rəhbəri olduğum Milli Cəbhə Partiyasının rəhbər heyətindən tutmuş siravi üzvlərinə qədər narazılıq edirlər ki, səni görə bilmirik. Partiya rəhbərliyinə daxil olan şəxslər də sosial şəbəkələrdən mənə ünvanlanan məktublarla tanış olur və əlaqə saxlayırlar, hüquq şöbəsi şikayətçiləri partiya ofisində qəbul edir və hər cür köməklik göstərir, şikayət məktubu yazır, məhkəməyə gedir, idarələrlə əlaqə saxlayır. Yəni bütün partiya ölkədə olan narazı olan şəxslərin sayını azaltmaqla məşğuldur. Hərçənd ki, partiya işi bu deyil.
Amma, başqa yolumuz da yoxdur. Ölkəyə xidmət etməliyik və edirik!
