Sizin reklam burada
Sizin reklam burada

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüşdə

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüşdə Oktyabrın 13-də Milli Məclisin Səhiyyə komitəsi Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda malyariyanın eliminasiyasının sertifikasiyası üzrə qiymətləndirmə missiyasının nümayəndə heyəti ilə görüşüb.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qonaqları salamlayaraq Azərbaycanda malyariya epidemiyası ilə mübarizədə əldə olunan nailiyyətlər barədə danışıb. Əhliman Əmiraslanov bu sahədə qəbul edilən dövlət proqramları, həmçinin vətəndaşların sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa qayğısı sayəsində Azərbaycan səhiyyəsində görülən tədbirlər, tibbin inkişafı üçün yaradılan imkanlar barədə qonaqlara məlumat verib.
Səhiyyə komitəsinin üzvləri Soltan Məmmədov və Sədaqət Vəliyeva Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə uğurlu əməkdaşlığından söz açıblar, bu səmərəli əməkdaşlığa görə qonaqlara təşəkkür ediblər. Deputatlar Azərbaycan səhiyyəsində aparılan islahatlardan, dövlətin göstərdiyi böyük dəstəkdən danışaraq, səhiyyənin aktual məsələlərinə Azərbaycan parlamentinin də həssaslıqla yanaşdığını diqqətə çatdırıblar.
Ümumdünya Səhiyyə Təşkilatının Baş Qərargahının Qlobal Malyariya Proqramının Malyariyanın Eliminasiyası şöbəsinin müdiri Elxan Qasımov, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda malyariyanın eliminasiyasının sertifikasiyası üzrə qiymətləndirmə missiyasının nümayəndə heyətinin rəhbəri Kis Karter, missiyanın üzvü Reza Məcidzadə ÜST tərəfindən Azərbaycanda malyariya xəstəliyinə yoluxmanın kəsilməsi üzrə aparılan sertifikatlaşdırma prosesi, görülən işlər barədə məlumat veriblər, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunmasını yüksək qiymətləndiriblər. Onlar bu sahədə epidemioloji və entomoloji vəziyyət üzərində daimi nəzarətin aparılması ilə bağlı fikirlərini bölüşüblər.
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüşdəÜmumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüşdəÜmumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüşdə
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ