Rizvan Talıbov adlı şəxsin “Göyçə-Zəngəzur Respublikası” ideyası avantüradır və Azərbaycanın əsl məqsəd və hədəfləri ilə bağlı yanlış rəy formalaşdırmaq məqsədi güdür.İlk dəfə təxminən bir il bundan öncə belə bir ideya ortaya atıldı, lakin iddia heç bir rezonans doğurmadı. Lakin bu günlərdə həmin avantüranın yenidən gündəmə gətirilməsi bunun məqsədli şəkildə ictimai rəyə sırındığını deməyə əsas verir.
