Əli Hüseynli burada Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi tərəfindən təşkil olunacaq 28 may – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılacaq.
Tədbirdə Macarıstan Parlamentinin vitse-spikerinin və digər rəsmi şəxslərin iştirakı nəzərdə tutulub.
Səfər çərçivəsində Əli Hüseynlinin Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələrinin gücləndirilməsi məqsədilə bir sıra görüşləri də gözlənilir.
Səfər mayın 29-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
