Sizin reklam burada
Sizin reklam burada
  • Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq


    "Sotheby's" hərrac evi argentinalı kolleksiyaçı Nelli Arrieta de Blaquierin şəxsi kolleksiyasından impressionist və modernist rəssamların 12 nadir rəsmini satışa çıxarır.


      "The Guardian" qəzetinin məlumatına görə, uzun illər ictimaiyyət üçün əlçatmaz olan və ümumi dəyəri 450 milyon dolları keçən kolleksiyaya Vinsent van Qoq, Pol Sezan, Klod Mone, Pol Qogen və digər məşhur sənətkarların əsərləri daxildir. Ən bahalı lotlar arasında Van Qoqun 180 milyon dollar dəyərindəki "Çiçəklənən şabalıd ağacları" və Sezannın 150 milyon dollarlıq "Arlekin" tabloları yer alır.

    Mütəxəssislər kolleksiyanın bazara çıxarılmasını "tarixi an" kimi qiymətləndirirlər. Əsərlər Londonda sərgiləndikdən sonra Taypey, Honkonq və Parisə aparılacaq.

    Hərracın noyabrın 18-də Nyu-Yorkda keçirilməsi planlaşdırılır.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ