Sizin reklam burada
Sizin reklam burada
  • G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

    G7 ölkələri artan yanacaq qiymətlərinin qarşısını almaq üçün xam neft və dizel yanacağı ehtiyatlarının təxminən 100 milyon barelini istifadə edəcək.

    Bu qərarı Fransa Prezidenti Emmanuel Makron mətbuat konfransında açıqlayıb.

    O, G7-nin bununla yanacaq qiymətlərinin aşağı düşməsinə səbəb olmağı hədəflədiyini bildirib.

    Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən əlaqələndirilən qərar növbəti dörd ay ərzində tətbiq olunacaq.

    Açıqlamadan sonra “Brent” markalı xam neftin qiyməti 100 dollardan aşağı düşüb.

    ABŞ Prezidenti Donald Tramp da özünün “Truth” sosial media hesabında Avropanın dizel yanacağı ehtiyatlarının böyük bir hissəsini istifadə edəcəyini bildirib.

    “Proses dərhal başlayacaq”, - deyə Tramp əlavə edib.

    Qeyd edək ki, hazırda G7-yə Fransa sədrlik edir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ