Sizin reklam burada
Sizin reklam burada
  • Vergi Xidmətinin rəis müavini Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcək

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev sentyabrın 25-i saat 11:00-dan etibarən Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Şamaxı şəhəri, Bakı-Qazax şosesi, 118-ci km) Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri ilə görüşəcək.

    DVX-dən bildirilib ki, görüşə gəlmək istəyən vətəndaşlar 14-23 sentyabr tarixlərində Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə Şamaxı, Ağsu və Qobustan Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya Xidmətin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

    Qeydiyyatdan keçmiş vətəndaşların görüşə müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ