![]()
Almaniyalı tennisçi Aleksandr Zverev “US Open” turnirində kişilərin fərdi yarışının qalibi olub.
İdmançı finalda ABŞ təmsilçisi Ben Şeltonu məğlub edib. 29 yaşlı raketka ustası setlərdə 3:1 (6:3, 7:6, 5:7, 6:2) hesabı ilə üstün olub. Bununla da o, karyerasında ilk dəfə “US Open” turnirinin qalibi adını qazanıb.
A.Zverevin bu qələbəsi Almaniyanın siyasi rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts sosial media hesablarında idmançını təbrik ediblər. F.Merts tennisçinin bir mövsümdə iki “Böyük Dəbilqə” turnirinin qalibi olmasını yüksək dəyərləndirib.
Qeyd edək ki, hamburqlu idmançı bu ilin iyununda Fransa açıq turnirinin də qalibi olub.
