Müğənnilər İlahə İbadova və Emil Məmmədov “Mikayılla 5 gün” verilişinin ötən buraxılışına qonaq olublar.
Sənətçilər proqramda canlı ifaları ilə diqqət çəkiblər. Onların səsləndirdiyi mahnılar verilişə xüsusi rəng qatıb və tamaşaçılara xoş anlar yaşadıb.
Buraxılış ərzində İlahə İbadova və Emil Məmmədovla musiqi fəaliyyəti və yaradıcılıqları barədə də söhbət aparılıb. Müğənnilərin canlı performansı proqramın yaddaqalan məqamlarından biri olub.
Aparıcı Mikayılın təqdim etdiyi “Mikayılla 5 gün” verilişində tanınmış sənətçilərin iştirakı ilə maraqlı və əyləncəli anlar yaşanıb.
Aybəniz ABDULOVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar, araşdırmaçı jurnalist
