![]()
Argentina millisinin sabiq futbolçusu Marselo Qalyardo Ekvador yığmasının baş məşqçisi təyin olunub.
50 yaşlı mütəxəssis bu vəzifədə həmyerlisi Sebastyan Bekkaseni əvəzləyib.
Tərəflər arasında müqavilənin müddəti və maliyyə şərtləri açıqlanmayıb.
Bekkasenin rəhbərliyi altında Ekvador yığması 2026-cı il dünya çempionatının 1/16 finalında Meksikaya 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Bundan sonra argentinalı mütəxəssisin müqaviləsi yenilənməyib.
