Sizin reklam burada
Sizin reklam burada
  • “Şəhid ailələrinə göstərilən diqqət və qayğını yüksək qiymətləndiririk” – Tünzalə Abduləlimova

    “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının XII konfransında iştirak etmək üçün dəvət olunmağımızı böyük diqqət və ehtiramın göstəricisi kimi qəbul edirik.

    Konfransın yüksək səviyyədə təşkilinə, göstərilən səmimi münasibətə və fəaliyyətimizə verilən dəyərə görə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova xanıma və bütün təşkilat kollektivinə dərin təşəkkürümüzü bildiririk.

    Eyni zamanda, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov fəaliyyətimizə göstərdiyi diqqət və dəstəyə, konfrans çərçivəsində bizimlə bölüşdüyü xoş münasibətə görə xüsusi təşəkkürümüzü bildiririk.

    YAP-ın növbəti qurultayına nümayəndə seçilməyim mənim üçün böyük şərəf olmaqla yanaşı, həm də ciddi məsuliyyətdir. Bu etimadı bir şəhid anası və “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İB-nin sədri kimi yüksək dəyərləndirirəm.

    Bizim fəaliyyətimizin əsas məqsədi şəhidlərimizin müqəddəs adını yaşatmaq, şəhid ailələrinin yanında olmaq, qazilərimizə və müharibə iştirakçılarına dəstək göstərməkdir.

    Bu gün Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəqqi və Zəfər yolunda inamla irəliləyir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası xalqımızın tarixində ən böyük Zəfərlərdən biridir.

    Bir şəhid anası olaraq dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirir, bu siyasətin daim davam etdirilməsini böyük minnətdarlıqla qarşılayırıq.

    Bizə göstərilən etimadı doğrultmaq, qurultayda Qubamızı və şəhid ailələrini layiqincə təmsil etmək üçün üzərimizə düşən məsuliyyəti şərəflə yerinə yetirəcəyik.

    Bu etimad bizim üçün şərəfdir, məsuliyyətdir və daha böyük fəaliyyət üçün gücdür!

    Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycanımız daim Zəfərlə irəliləsin!




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ