Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
Hadisə Şirvan-Salyan avtomobil yolunun Salyan rayonu Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolu keçən Allahverən Alış oğlu Əliyevi avtomobil vurub. Ağır xəsarətlər alan piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.
